Bu ilin yanvar-iyul ayları ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin pozulması ilə əlaqədar 29 inzibati xəta haqqında protokol tərtib edib.
Pozuntuların mahiyyəti üzrə bölgüyə əsasən, haqsız reklama yol verilməsi halları üzrə 12 protokol tərtib edilib. Reklama dair ümumi tələblərin pozulması ilə bağlı 7 protokol, qeyri-dəqiq reklama yol verilməsi faktları üzrə 6 protokol qeydə alınıb. Reklamı qadağan olunan əmtəələrin reklam edilməsi üzrə isə 4 protokol tərtib olunub.
Report.