Antalyada meşə yanğını başlayıb

Antalyada meşə yanğını başlayıb

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.

Bu barədə DHA məlumat yayıb.

Qeyd edilib ki, hadisə ilə bağlı əraziyə çox sayda yanğınsöndürən və digər xilasetmə qüvvələri cəlb olunub.

“Yanğının söndürülməsinə ilkin mərhələdə 3 helikopter, 4 yanğınsöndürən avtomobil, 2 su çəni və 2 ilkin müdaxilə maşını, həmçinin 50 texniki əməkdaş və yanğınsöndürən cəlb edilib”- məlumatda vurğulanıb.

Report.