Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb

Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb

Türkiyənin Antalya şəhərində sosial şəbəkələrdə cinayətkar təşkilatları təbliğ edən, onların metodlarına qanuni don geydirən və fəaliyyətlərini təşviq edən 14 şübhəlidən 10-u saxlanılıb.

Antalya Baş Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı vilayətin polis idarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun əməkdaşları cinayətkar qruplaşmaların zorakı və ya təhdidedici metodlarının istifadəsini qanuniləşdirən, təbliğ və ya təşviqi lə bağlı paylaşımlar edən şəxslərlə bağlı əməliyyat keçirib.

Əməliyyat zamanı on nəfər şübhəli şəxs qismində saxlanılıb. Qeyd edilir ki, daha dörd şübhəlinin saxlanıması istiqamətində tədbirlər davam etdirilir.

Report.