Türkiyənin cənubundakı Antalya vilayətinin Alanya rayonunda atışma baş verib.
Rayonda yerləşən avtoyuma məntəqəsində üç nəfər arasında baş verən mübahisə silahlı qarşıdurmaya çevrilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Məlumata görə, hadisə nəticəsində müxtəlif xəsarətlər alan üç nəfər xəstəxanaya aparılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Report.