Türkiyənin Antalya və Mersin şəhərlərində meşə yanğınlar nəzarətə götürülüb, Adanada isə alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
“Antalyanın Aksu və Kumluca, eləcə də Mersinin Bozyazı rayonlarında meşədənkənar ərazilərdə başlayan yanğınların şiddətini zəiflətdik. Yanğınları tamamilə nəzarət altına almaq üçün işlərimiz davam edir”, – məlumatda bildirilib.
Report.