Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb

Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb

Türkiyənin paytaxtı Ankara şəhərinin keçmiş bələdiyyə sədri Melih Gökçek barəsində istintaq başladılıb.

Bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, istintaq qərarı Baş Prokurorluq tərəfindən müstəqil şəkildə verilib və Gökçekin xaricdəki şirkətlərə qanunsuz vəsait köçürməsi ilə bağlı mediada yayılmış iddialarla əlaqəlidir.

İstintaqın “həqiqətin üzə çıxarılması üçün” başladıldığı bildirilib.

Report.