Ankaradakı NATO sammitinin təhlükəsizliyi üçün 48 mindən çox polis səfərbər olub

Ankaradakı NATO sammitinin təhlükəsizliyi üçün 48 mindən çox polis səfərbər olub

Türkiyənin ev sahibliyi ilə bu gün başlayacaq 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısının hazırlıqları tamamlanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“İki gün ərzində NATO-ya üzv olan 32 ölkənin dövlət və hökumət başçıları, minlərlə diplomat, jurnalistlər və dəvətlilər qəbul ediləcək”, – məlumatda bildirilib.

Təhlükəsizlikdən logistikaya, kommunikasiyadan texnologiyaya qədər bütün hazırlıqların başa çatdığı zirvə toplantısı çərçivəsində liderlər, NATO-nun çəkindiricilik və müdafiə potensialının gücləndirilməsi, Avropa-Atlantika təhlükəsizliyi, müdafiə xərcləri, alyansın gələcəyinə dair strateji hədəflər, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər:

Report.