Türkiyənin paytaxtı Ankarada baş verən yol nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Bu barədə “Anadolu Ajansı” məlumat yayıb.
İki nəfər hadisə yerində həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
18:43
Türkiyənin paytaxtı Ankarada mikroavtobus yük maşını ilə toqquşub.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Hadisə yerinə jandarm, polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.
Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Report.