Ankarada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı 26 şübhəli həbs edilib

Ankarada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı 26 şübhəli həbs edilib

Türkiyənin paytaxtı Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 26 nəfər həbs edilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Ankara Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 13-19-da həyata keçirilib.

Araşdırma zamanı 6 kq 164 qram marixuana, 4 206 ədəd sintetik dərman, 963 qram sintetik kannabinoid, 843 qram metamfetamin, 53 qram kokain, 35 ədəd çətənə bitkisi, 4 ədəd ekstazi və 1 qram heroin aşkarlanaraq götürülüb.

Bundan başqa, 7 həssas tərəzi, 4 tapança, 4 daraq, 66 patron, 119 935 Türkiyə lirəsi (təxminən 4 180 manat) və 5 200 ABŞ dolları (təxminən 8 840 manat) müsadirə edilib.

Report.