Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətəndaş qəbulu keçirib.
Bu barədə “Report”a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, kollegiyanın inzibati binasında təşkil olunan qəbul zamanı vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər hərtərəfli araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.
Qəbul çərçivəsində vətəndaşların üzləşdiyi hüquqi problemlərin həlli istiqamətində ətraflı müzakirələr aparılıb, onlara mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqi izahlar, praktiki tövsiyələr və zəruri məsləhətlər verilib.
Report.