Anar Bağırov: Azərbaycan MDB məkanında vəkilliyi müstəqil peşə kimi qəbul edən ilk ölkədir

Anar Bağırov: Azərbaycan MDB məkanında vəkilliyi müstəqil peşə kimi qəbul edən ilk ölkədir

Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında vəkilliyi müstəqil peşə kimi qəbul edən ilk ölkədir.

Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, ölkə vətəndaşalarının hüququ yardıma və məhkəməyə çıxışları tam təmin olunub:

“Azərbaycanda ilk müstəqil peşələrdən biri də vəkillik olmuşdu. Bunun təməlini Ümumilli lider Heydər Əliyev qoyub. Bununla bağlı müvafiq qanun qəbul edilmişdi. Azərbaycan MDB regionunda vəkilliyi müstəqil peşə kimi qəbul edən ilk ölkə olub. Prezident İlham Əliyevin və Mehriban Əliyevanın diqqət, qayğısı nəticəsində vəkillik fəaliyyəti inkişaf etməkdədir”.

Sədr əlavə edib ki, Vəkillər Kollegiyasında son illər intizam məsələləri ilə bağlı qərarlar qəbul edilir:

Report.