Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Rusiyada Amur qaz-kimya kompleksinin tikinti meydançasında baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb, ümumilikdə 152 nəfər tibbi yardım üçün müraciət edib.

Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yanğından sonra 9 Çin vətəndaşının taleyi məlum deyil.

“Podratçı təşkilatın əməkdaşları olan daha 9 Çin vətəndaşının taleyi naməlum olaraq qalır. Axtarış-xilasetmə işləri davam edir”, – şirkətdən bildirilib.

Yanğından sonra 36 nəfər xəstəxanaya yerləşdirilib.

Report.