Rusiyanın Altay diyarında sürəti saniyədə 40 metrə çatan külək nəticəsində 70-ə yaxın yaşayış evinin dam örtüyü zədələnib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Küləyin sürətinin saniyədə təxminən 40 metrə çatdığı Krasnoşyokovski rayonunda 70-ə yaxın yaşayış evinin dam örtüyünün zədələndiyi aşkar edilib. Vəziyyətə nəzarət etmək üçün Rusiya FHN-nin Altay diyarı üzrə Baş İdarəsinin əməliyyat qrupu hadisə yerindədir”, – məlumatda deyilir.
Report.