Almatı dağlarında 19 il əvvəl itkin düşmüş alpinistin qalıqları tapılıb

Almatı dağlarında 19 il əvvəl itkin düşmüş alpinistin qalıqları tapılıb

Belaruslu turistlər Almatı vilayətində (Qazaxıstan) təxminən 3 400 metr yüksəklikdə yerləşən ərimiş Severtsov buzlağında insan cəsədini aşkar ediblər.

Bu barədə “24KZ” məlumat yayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədin tapıldığı yerə gəlib və onu çətin keçilən dağlıq ərazidən təxliyə ediblər. Onun daşınması üçün “Kazaviaspas” SC-nin helikopteri cəlb olunub.

Turistlər koordinatları xilasedicilərə ötürüb və sosial şəbəkələrdə fotolar paylaşıblar. Əşyalar arasında köhnə sovet istehsalı olan bel çantası da olub. Təxminən 20 il əvvəl itkin düşən alpinistin qızı onu fotoda tanıyıb.

Report.