ABŞ ordusu İranda strateji hesab edilən Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb.
Bu barədə mərkəzi Beyrutda (Livanın paytaxtı) olan “Al Mayadeen” telekanalının Tehrandakı müxbiri məlumat yayıb.
“Buşehr vilayəti də hücuma məruz qalılb”, – müxbir bildirib və əlavə edib ki, ABŞ təkcə hərbi obyektləri hədəf almır, zərbələr həm də iqtisadi bölgələrə yönəlib.
Onun sözlərinə görə, ABŞ-nin hücumlarına məruz qalan Çabahar limanı İran üçün əsasdır və son vaxtlar ikiqat əhəmiyyət kəsb edib:
“Çabahar limanının Pakistan və Çinlə ticarət əlaqələrində strateji rolu var”.
Report.