“Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC 2025-ci ili 2,114 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2024-cü ildən 874 min manat xalis zərərlə çıxmışdı.
Bu il yanvarın 1-nə “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası”nın aktivləri 474,494 milyon manat olub ki, bu da, illik müqayisədə 2,65 % azdır.
Hesabat dövründə şirkətin öhdəlikləri 1,58 % azalaraq 297,005 milyon manata, balans kapitalı isə 0,4 % azalaraq 177,489 milyon manata düşüb.
Report.