Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur

Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur

Türkiyə xarici siyasətdə mövqeyini açıq şəkildə ortaya qoyan güclü regional aktordur.

Bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç Nyu-Yorkda keçirilən “100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri” panelində çıxışı zamanı deyib.

Kılıç Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın “qətiyyətli liderliyi” ilə regionda zərurət yarandıqda təhlükəsizliyin təmini istiqamətində addımlar atdığını qeyd edib.

Kılıç Ankaranın Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülhə aparan prosesdə məsuliyyət götürdüyünü vurğulayıb.

Report.