“Air India” təyyarəsi burulğana düşüb – 17 nəfər xəsarət aldı

“Air India” təyyarəsi burulğana düşüb  – 17 nəfər xəsarət aldı

Pxuketdən Nyu-Dehliyə uçan “Air India” təyyarəsi güclü burulğana düşüb.

Bu haqda NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı dörd ekipaj üzvü də daxil olmaqla 17 nəfər xəsarət alıb, təyyarəyə isə ziyan dəyib.

Aviaşirkət təyyarənin Dehlidə təhlükəsiz şəkildə endiyini, bütün sərnişinlərin və ekipaj üzvlərinin isə təyyarədən düşdüyünü bildirib.

Qafqazinfo.