Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq üçün mümkün müraciəti, Aİ Şurasının Prezidenti Antonio Koştanın oktyabrda keçiriləcək strateji debatlar ərəfəsində blokun genişlənməsi üzrə Avropa ölkələrinin liderləri ilə aparacağı müzakirələrin gündəliyinə daxil deyil.
Bu barədə Aİ Şurasının nümayəndəsi bildirib.
“Hazırda Ermənistan namizəd deyil, ona görə də indi bu bizim planlarımızda yoxdur”, – o jurnalistlərə deyib.
Report.