Ağsuda yaşadığı ünvanda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs həbs olunub

Ağsuda yaşadığı ünvanda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs həbs olunub

Ağsuda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs həbs olunub.

Narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.

Onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Report.