Kəlbəcər yaylağından xırdabuynuzlu heyvanları daşıyan yük maşını Ağdərədə aşıb.
Hadisə rayonun Çardaqlı kəndində baş verib. Belə ki, 25-BK-698 dövlət qeydiyyat nişanlı, MAN markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb, habelə avtomobildə daşınan xeyli sayda qoyun-keçi tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Report.