Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var

Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var

Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.

Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.

Report.