Ağdaşda balıqçı kanalda boğularaq ölüb.
Yevlax rayonu, Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Süleymanov Tofiq Qaçay oğlu balıq tutmaq məqsədilə Xanabad kəndi ərazisindən keçən hissəsində “Yuxarı Şirvan” kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb özünü suya atıb.
Nəticədə balıqçı ölüb, meyiti kanalın Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.
Report.