Tibb məntəqələrinin fəaliyyət göstərmədiyi yaşayış məntəqələrində tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti Xıdırlı və Kəngərli kəndlərinə səfər edib.
Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, səyyar xidmət zamanı sakinlərin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, terapevt, pediatr, ginekoloq və otorinolarinqoloq tərəfindən müayinələr aparılıb, müvafiq tövsiyələr verilib.
İki kənd üzrə 18-i uşaq olmaqla, ümumilikdə 30-dan çox sakin tibbi xidmətdən yararlanıb. Əlavə müayinə və ixtisaslaşmış tibbi xidmətə ehtiyacı müəyyən edilən sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin olunub.
Report.