Ağdamın Sarıcalı kəndi ərazisində açıq ərazidə yanğın baş verib.
Yanğın hadisəsi Ağdam rayonu işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbi araşdırılır.
Report.