Ağdamda qəza oldu – 6 yaralı var

Ağdamda qəza oldu  – 6 yaralı var </b>

Ağdamda qəza baş verib. 

Hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib. 

Hərəkətdə olan “Renault Laguna” markalı 99 UA251 dövlət nömrəli avtomobil “GAZ” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində 6 nəfər yaralının olduğu bildirilir. Hadisə yerinə cəlb olunan 2 təcili tibbi yardım avtomobili yaralıları Bərdə Diaqnostika Mərkəzinə çatdırıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı 

Qafqazinfo.