Ağdamda 57 yaşlı kişi öldürüldü – Kürəkəni şübhəlidir

Ağdamda 57 yaşlı kişi öldürüldü  – Kürəkəni şübhəlidir

Ağdam rayonunda qətl hadisəsi olub.

Məlumata görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanıb. Ağır xəsarət alan Zakir Hüseynov hadisə yerində ölüb.

Hadisəni törətməkdə onun kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin təfərrüatı araşdırılır.

Ziya Əmirxanlı

Qafqazinfo.