Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

Hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib.

Belə ki, “ISUZU” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza zamanı minik avtomobilində olan 4 nəfər – Rəhimov Göyüş Tahir oğlu, Abdullayeva Sevda Adil oğlu, Bayramlı Vüqar Cövdət oğlu və Abdullayeva Gülsənəm Abış qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Report.