Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.
“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.
Report.