Ağcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.
Bu barədə “Report”un Qarabağ bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd edilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb.
Report.