Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı onların qızıl-zinət əşyalarını usta kimi işlədikləri mənzildən oğurladıqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
MƏLUMAT YENİLƏNİR …
Report.