Amerikanın “Boeing P-8A Poseidon” dəniz patrul təyyarəsi Fars körfəzinin neytral suları üzərində uçur.
Bu barədə Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə məlumat verib.
Onun sözlərinə görə, təyyarə Yaxın Şərqdəki hərbi bazadan havaya qalxıb və hazırda Fars körfəzi üzərində 8000 metrdən çox yüksəklikdə dövrə vurur.
O, həmçinin qeyd edib ki, ərazidə Amerikanın “Boeing KC-46 Pegasus” strateji yanacaqdoldurma təyyarəsi müşahidə olunub.
Report.