ABŞ SEPAH-ın Hörmüz boğazına nəzarət iddiasını təkzib edib

ABŞ SEPAH-ın Hörmüz boğazına nəzarət iddiasını təkzib edib

ABŞ tərəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına nəzarət etdiyi barədə iddialarını təkzib edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

“Fakt budur ki, İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq su yolu SEPAH-ın təhdid və hücumlarından asılı olmayaraq tranzit üçün açıq qalır”, – deyə açıqlamada bildirilib.

Report.