ABŞ hərbçiləri İrana qarşı ikinci zərbə mərhələsini həyata keçirməyə başlayıblar.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib: “ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00 – Qeyd) ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələrin ikinci dalğasına başlayıb. Zərbələr Hörmüz boğazından sərbəst şəkildə keçən gəmilərə qarşı təhdid yaratmaq üçün istifadə edilən İranın hərbi obyektlərini hədəf alır”.
Report.