ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İrandakı hərbi hədəflərə “əlavə zərbələr” endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hücumlar “İranın kommersiya gəmiçiliyinə qarşı təcavüzünə” cavab olaraq həyata keçirilib.
“Amerika hərbi təyyarələri İranın hərbi kəşfiyyat infrastrukturuna, rabitə sistemlərinə, HHM obyektlərinə, pilotsuz uçuş aparatlarının anbarlarına və mina döşəmə imkanlarını hədəf alıb”, – deyə məlumatda bildirilir.
CENTCOM-dan qeyd edilib ki, İran pilotsuz uçuş aparatı tətbiq etməklə göyərtəsində 2 milyon bareldən çox neft olan və Panama bayrağı altında üzən “M/T Kiku” tankerinə hücum edib.
Report.