İranın cənub-qərbində yerləşən Əhvaz şəhərinin ətrafı ABŞ-nin raket zərbəsinə məruz qalıb.
Bu barədə Huzistan əyalətinin qubernator müavini Vəlialla Hayati İRNA agentliyinə müsahibəsində bildirib.
O, qeyd edib ki, Əhvaz şəhəri yaxınlığındakı hədəfə raket zərbəsi endirilib. Mümkün zərərin miqyası barədə ətraflı məlumat daha sonra açıqlanacaq.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirib.Cənub sahillərində, Qeşm adasında və bir neçə şəhərdə partlayışlar baş verib.
Report.