ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb, Təbriz də hücuma məruz qalıb

ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb, Təbriz də hücuma məruz qalıb

ABŞ hərbi qüvvələri İrandakı hədəflərə qarşı yeni zərbələr endirməyə başlayıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında məlumat yayıb.

“Bu gün ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 03:00 – Qeyd) CENTCOM İrana qarşı yeni zərbə dalğasının endirilməsinə başlayıb. Bu, artıq ardıcıl doqquzuncu gecədir”, – komandanlığın bəyanatında deyilir.

Vurğulanıb, ABŞ Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlar üçün istifadə etdiyi İranın hərbi potensialını daha da zəiflətməyi hədəfləyir.

Report.