ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb

ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbə dalğasına başlayıb, hücumlar artıq yeddinci gecədir davam edir.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM bu gün ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da) İrana qarşı yeni zərbə mərhələsinə başlayıb. Hücumlar artıq yeddinci gecə ardıcıl davam edir. Zərbələrin məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir”, – deyə məlumatda qeyd olunub.

Komandanlıq əlavə edib ki, ABŞ-ın İranın dəniz blokadasını iyulun 14-də bərpa etməsindən sonra istiqamətini dəyişdirdiyi gəmilərin sayı dördə çatıb:

Report.