ABŞ İrana qarşı yeni hava zərbələrinə başlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə qarşı yeni zərbələr seriyasına başladığını açıqlayıb.

Bu barədə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.

“ABŞ qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:30-da Ali Baş Komandanın göstərişi ilə İranın hərbi hədəflərinə qarşı yeni zərbələr endirməyə başlayıb. Əməliyyat İranın bölgə sularında hərəkət edən mülki dənizçilər və kommersiya gəmiləri üçün təhdid yaratmaq imkanlarını daha da zəiflətmək məqsədilə davam etdiriləcək”, – deyə məlumatda qeyd olunub.

Report.