İranın mərkəzində yerləşən Yəzd şəhərində ardıcıl bir neçə partlayış baş verib.
Bu barədə Mehr agentliyi məlumat yayıb.
Bundan başqa ABŞ Xuzistan ostanının mərkəzi Əhvaz şəhəri ətrafına raket zərbəsi endirib. Əhvazda Xuzistan ostanının təhlükəsizlik xidmətinin rəis müavini azı beş mərminin hədəfə dəydiyini təsdiqləyib. Onlardan biri uşaqlarda xərçəng xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmış Bəqai xəstəxanasının yaxınlığına düşüb.200-dən çox xəstə şəhərin digər xəstəxanalarına köçürülüb, Bəqai xəstəxanasının fəaliyyəti isə müvəqqəti dayandırılıb. Səhiyyə rəsmiləri hücum nəticəsində xəstələr arasında xəsarət alan olmadığını bildiriblər.
Qeşm adasında, Sistan və Bəlucistan ostanında yerləşən Çabahar şəhərində üç güclü partlayış qeydə alınıb. Bundan başqa, Rəsk və Konarak limanında da əlavə partlayışlar baş verib.
Agentliyin məlumatına görə, İranın cənubunda yerləşən Lar və Hörmüzqan ostanının Sirek şəhərləri ətrafında da partlayışlar olub.