ABŞ ordusu Oman körfəzində ələ keçirilən İranın “Touska” gəmisinin 22 heyət üzvü azad edib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bütün heyət üzvləri Pakistanın Karaçi şəhərindəki İran konsulluğunun nümayəndəsinə təhvil verilib.
Aprelin 20-də Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin Oman körfəzində İranın “Touska” yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə saxladığını açıqlayıb.
Report.