ABŞ ilə razılaşmadan sonra İran nefti 20 % bahalaşıb

ABŞ ilə razılaşmadan sonra İran nefti 20 % bahalaşıb

İrana qarşı yanacaq sanksiyaları ləğv edilib və hazırda ölkənin nefti 20 faiz baha satılır.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.

“Əgər Amerika savaşmaq istəyirsə, biz də savaşmağı yaxşı bacarırıq, bizi neft satışından məhrum edəcəklərsə, heç kim neftdən mənfəət əldə etməyəcək”, – o vurğulayıb.

Qalibaf ABŞ-nin razılaşmanı pozma ehtimalını da istisna etməyib. O bildirib ki, iqtisadi təzyiq xalqın çiyinlərindən götürülməlidir:

“On birinci bənddə qeyd olunan sonuncu şərt dondurulmuş pulların, yəni on iki milyard dolların sərbəst buraxılmasıdır”.

Report.