İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC (ABİF) Almaniya şirkətlərinin avadanlıqlarından istifadə etməklə icra olunan layihələri dəstəkləyir.
Bunu ABİF-nin İnvestisiya şöbəsinin müdiri Mikayıl Əliyev Bakıda keçirilən Alman-Azərbaycan biznes konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya şirkətləri ilə əməkdaşlıq Fondun maliyyələşdirdiyi layihələri də əhatə edir: “Məsələn, arpa maltının emalı, sərinləşdirici içkilərin istehsalı və BOPP plyonkasının istehsalı üzrə bir neçə layihəmiz var. Bu layihələr çərçivəsində avadanlıqları Almaniya şirkətləri təmin edir”.
Report.