9 yaşlı uşağı vuran “Niva” dərəyə aşdı – Foto

9 yaşlı uşağı vuran “Niva” dərəyə aşdı  – Foto

Göygöldə piyadanı vuran avtomobil aşıb.

Hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.

Belə ki, Gəncə sakini Əli Dünyamalıyev idarə etdiyi “Niva” markalı avtomobillə 2017-ci il təvəllüdlü N. Balaşovanı vurub.

Sonradan “Niva” dərəyə aşıb. Hadisə zamanı sürücü və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunus Quliyev

Qafqazinfo.