77 yaşlı kişinin meyiti Şirvan kanalından tapıldı

77 yaşlı kişinin meyiti Şirvan kanalından tapıldı

İsmayıllının Qubaxəlili kəndi ərazisində, Şirvan kanalından kişi meyiti tapılıb.

Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı batan şəxsin Göyçay şəhər sakini 77 yaşlı Tahir Quluyev olduğu müəyyən olub.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Qafqazinfo.