72 yaşlı motosikletçi faciəvi şəkildə öldü

72 yaşlı motosikletçi faciəvi şəkildə öldü

Yevlaxda ağır yol qəzası baş verib.

Hadisə avqustun 23-ü saat 11 radələrində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nazim İsayev “VAZ 2106” markalı avtomobillə Yevlax şəhəri Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə, motosikletin sürücüsü Mahmud Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-yə daxil olub. O, bir gün sonra vəfat edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanaraq istintaqı aparılır.

Qafqazinfo.