66 yaşlı kişini motosiklet vurub öldürdü – Foto

66 yaşlı kişini motosiklet vurub öldürdü  – Foto

Yolu keçmək istəyən piyadanı motosiklet vurub.

Hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, Elmir Zeynalov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən rayon sakini, 1960-cı il təvəllüdlü Zəfər Vəliyevi vurub.

O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Qafqazinfo.