“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

“4-cü qrupda 600 baldan yuxarı nəticə göstərənlər əsasən tibb ixtisaslarına iddiaçılardır ki, onların da sayı 1212 nəfərdir”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib.

“Aydın məsələdir ki, onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək. Tibb ixtisası deyəndə ATU-da müxtəlif ixtisaslar var: ictimai səhiyyə, əczaçılıq, stomatologiya. Amma əsas müsabiqə vəziyyəti müalicə işi (tibb) ixtisasına aiddir. Keçənilki keçid balları yüksək olub. Bu il gözləyirik ki, tibb ixtisasında keçid balı keçənilki ilə müqayisədə təxminən 20 bal artsın. Keçid balı 500-dən yuxarı olan ixtisaslarda isə artım 10 bal ola bilər. Bu qrupda 150 baldan yuxarı nəticə göstərənlərin sayı 5419 nəfərdir və onlar düzgün seçim etsələr, cəmi 300 nəfər kənarda qalacaq”, – o qeyd edib.

Qafqazinfo.