50 yaşlı kişi 14 yaşlı qonşusunu armaturla döydü

50 yaşlı kişi 14 yaşlı qonşusunu armaturla döydü  </b>

Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.

Hadisə rayonun Zivlən kəndində baş verib.

Kənd sakini, 14 yaşlı yeniyetmə Ö.İ. (ad şərtidir) baş nahiyəsindən ağır kəllə-beyin travması ilə Gəncə şəhər 3 nömrəli xəstəxanasına gətirilib. Müayinə zamanı onun baş nahiyəsində iki ağır zərbənin izi və sol qulağında açıq yara aşkar edilib. Yaralıya zəruri tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, yeniyetməni qonşusu, 50 yaşlı Zöhrab İmanov döyüb. Onların arasında yaranan mübahisə zamanı Z.İmanov armaturla yeniyetmənin başına iki, sol qulağına isə bir zərbə vurub.

***

Əldə etdiyimiz məlumata görə, mübahisə həyətyanı sahədə heyvan otarılması üstündə baş verib.

Hadisə ilə bağlı tərəflər polisə müraciət ediblər. Hazırda müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılır.

Yunis Quliyev

Qafqazinfo.