46 yaşlı qadın qızdırmadan öldü

46 yaşlı qadın qızdırmadan öldü

Ağdaşda 46 yaşlı qadın vəfat edib.

Hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

İlkin ehtimala görə, 46 yaşlı qadının hərarətdən öldüyü ehtimal olunur. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.